Türkiyə nəhəngi “Qalatasaray” yeni qolkiper axtarışlarına start verib.
Oxu.Az xəbər verir ki, “sarı-qırmızılar” mövsümün sonunda müqaviləsi başa çatacaq Fernando Musleranı “Napoli”nin 27 yaşlı qolkiperi Aleks Meretlə əvəz edəcəklər.
Mövsümün sonunda “Napoli” klubu ilə müqavilə müddəti başa çatan Aleks Meret “Qalatasaray”la şəxsi razılığa gəlib.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən bu yana “Qalatasaray” klubunun şərəfini qoruyur.