İki ay öncə “Qalatasaray” klubundan “Lion”a icarə əsasında transfer olunan Vilfred Zaha Fransa klubundan ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa mətbuatında xəbərlər yayılıb.
Məlumata görə, bu qərarı klubun baş məşqçisi Per Saj verib. “Qalatasaray”dan Fransa klubuna icarəyə göndərilən Zahanın intizamsız hərəkətlərə görə bu cəzaya məruz qaldığı bildirilir.
Qeyd edək ki, “Qarabağ” noyabrın 28-də V tur çərçivəsində “Lion”u Bakıda sınağa çəkəcək.