Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Səbail rayonunun Bayıl qəsəbəsində, Xəzər rayonunun Binə qəsəbəsində və Binəqədi rayonunun Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.