Suriya İsrailə hücum üçün İrana icazə verməyəcək?

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziya İrana bağlı proksi qruplarından biri kimi Livanın “Hizbullah” hərəkatından uzaqlaşır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verib.

Bildirilir ki, Mahir Əsədin komandanlığı altındakı diviziya ölkə ərazisindən istifadə edilərək İsrailin hədəfə alınmasının qarşısını almaq üçün bir sıra tədbirlər görüb.

“Diviziya Suriyanın bölgələrində yerləşən qüvvələr tərəfindən Colan təpələrində ABŞ və ya İsrail qüvvələrinin hədəfə alınmasının qarşısının alınmasına da göstəriş verib”, – deyə mənbədən bildirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More