Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçi olmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, futbolçu karyerasını başa vuran Toni Kroos məşqçi lisenziyası almaq üçün kursa başlayıb.
Sonuncu dəfə “Real Madrid”in şərəfini qoruyan futbolçu “Kral” klubunun məşqçilər korpusunda çalışacaq.
Qeyd edək ki, Toni Kroos bu il həm “Real Madrid”də, həm də Almaniya millisində futbolçu karyerasını başa vurub.