ABŞ və Aİ Gürcüstanı “yeni Ukrayna”ya çevirməyə hazırdır

Gürcüstandakı siyasi vəziyyət Qərb mediasının məlumatlarına əsaslananlar üçün qəribə görünür. Belə ki, müxtəlif sorğular sübut edir ki, guya tamamilə “rusiyapərəst” və “anti-Avropa” olan hakim “Gürcü arzusu” partiyası digər siyasi partiyalarla müqayisədə daha çox xalq dəstəyinə malikdir.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

“Bəs görəsən QHT-lərin, müxalifət mediasının, demək olar ki, bütün avropalı siyasətçilərin “lənətlədiyi” hakimiyyət partiyasını gürcülərin dəstəkləməsinin səbəbi nədir? Səbəb sadədir – üstüörtülü xarici təzyiqlər və Qərbdən Gürcüstana hücumlar. Gürcülər ümumiyyətlə təzyiqə və ya şantaja məruz qalmağı xoşlamırlar. Və şantajın haradan gəldiyinin fərqi yoxdur – Moskva, Vaşinqton və ya Brüssel. İstənilən kənar təzyiq milli suverenliyə və kimliyə hücum kimi qəbul edilir”, – deyə videomaterialda bildirilir.

Daha ətraflı süjetdə:

ABŞ və Aİ Gürcüstanı “yeni Ukrayna”ya çevirməyə hazırdır


ABŞ və Aİ Gürcüstanı “yeni Ukrayna”ya çevirməyə hazırdır




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More