Ağdərə şəhərində 190 evin tikilməsi nəzərdə tutulur

“Ağdərə şəhərində 190, Xocalı şəhərində 56, Malıbəyli və digər kəndlərdə isə 120 yaşayış evinin tikilməsi nəzərdə tutulur”.

AZƏRTAC xəbər verir ki, bunu “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Suqovuşanda 5 ədəd beşmərtəbəli bina tikilir və artıq işlər yekunlaşmaq üzrədir.

“Xankəndi şəhərində fəaliyyət göstərən 5 mindən artıq dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları yaşayış yerləri ilə təmin olunublar. Bununla yanaşı, Xankəndi şəhərinin də Baş Planı yekunlaşmaq üzrədir. Xankəndidə yaşayış sahələri ilə yanaşı, istirahət kompleksləri də tikilir”, – deyə Həmid Mehdiyev bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More