Astana Bakı və İrəvana sülh danışıqları üçün platforma təklif etməyə hazır olduğunu bildirib

Qazaxıstan Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayevlə Ermənistan prezidenti Vaaqn Xaçatryan arasında aparılan danışıqların yekununa dair dərc olunan bəyanatda qeyd edilib.

Xatırladaq ki, bir neçə ay əvvəl Kasım-Jomart Tokayev 1991-ci ildə “Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətlərinin müstəqil inkişafının əsaslarını təyin edən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsbit edən tarixi Alma-Ata Bəyannaməsi”nin Almatıda imzalanmasını simvolik hesab etdiyini vurğulamışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More