Azərbaycanda vəzifəli şəxs 36 yaşında öldü

Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin baş məsləhətçisi 36 yaşlı Elnur Rufullayev bu gecə dünyasını dəyişib.

E.Rufullayevin bir neçə gün bundan əvvəl insult keçirdiyi və Bakı şəhərində müalicə aldığı bildirilir. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More