Azərbaycanda vəzifəli şəxs müəlliməni qaçırtdı

Gədəbəydə qızqaçırma hadisəsi olub.

Oxu.Az xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə kimi çalışan qızı qaçırıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu ərazisində saxlanılıb.

Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.

Samir İsayev

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More