Beyləqanda məktəbli bıçaqlandı: Yeddinci sinif şagirdi saxlanıldı

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın xəbərinə görə, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.

Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi? 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More