Hakan Fidan: “3+3″ platformasının növbəti iclası İstanbulda keçiriləcək”

“3+3″ regional platformasının üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək”

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniyadan olan həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq”, – deyə H.Fidan vurğulayıb.

Məlumat üçün əlavə edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More