Şəhid anası: “Oğlum itkin düşəndən 57 gün sonra tabutu gəldi, o anı heç kimə arzulamıram”

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı və ordumuzun göstərdiyi qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi.

44 gün davam edən döyüşlərdə Ordumuz beş şəhəri, dörd qəsəbəni və 286 kəndi düşmən işğalından azad etdi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə mərhələli şəkildə ölkəmizə qaytarıldı. Beləliklə, Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini yenə də insan amili həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

Bu qələbədə pay sahibi olanlardan biri də şəhid Emin İsmayılovdur. Şəhidin anası Məlahət İsmayılova Oxu.Az-a övladı ilə bağlı xatirələrindən danışıb:

“Emin anadan olandan qəhrəman idi. Ağlı kəsəndən ürəyi vətən eşqi ilə döyünüb, sonda da arzusuna çatdı, şəhid oldu”.

Şəhid anası: “Oğlum itkin düşəndən 57 gün sonra tabutu gəldi, o anı heç kimə arzulamıram”


Şəhid anası: “Oğlum itkin düşəndən 57 gün sonra tabutu gəldi, o anı heç kimə arzulamıram”


“Emin mənim yeganə övladım, arxam-dayağım idi. Ayaq tutub yeriyəndən çalışıb, evə pul gətirib. Vətəni də anası qədər sevirdi. Anasını sevməyən vətəni də sevə bilməz axı. Eminlə bağlı çox xatirəm var. Emin həbi xidmətə getməmişdən əvvəl qızılgül alıb mənə hədiyyə etmişdi. Deyirdi ki, o gələnə qədər həmin gülü saxlayım, qayıdanda yenisini alacaq. Amma qismət olmadı. Bu gün Eminin şəhidlik zirvəsinə ucalmasından dörd il ötsə də, həmin gül solub-qurusa da, mən onu qoruyub-saxlayıram. Çünki bu gül mənə Emini xatırladır”, – şəhid anası deyib.

Şəhid anası oğlunun döyüş yolundan da danışıb:

“Emin özünü şəhidlərə sipər edib. Çox sayda yaralılarımızı və şəhidlərimizi döyüş meydanından çıxarıb. Komandiri Elçin Tağıyev onun ayağından yaralandığını, həm də evin tək oğlu olduğunu nəzərə alaraq, əmr edib ki, çox irəli getməsin, amma Eminin vətən üçün mübarizə əzminin qarşısını almaq mümkün olmayıb.

Emin şəhid olandan sonra nəşi neytral zonada qalıb. Yalnız 57 gündən sonra Eminin tabutu gəldi. Heç bir anaya o anı arzu etmirəm”.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More