Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yenidən yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabrında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşı olub. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.

Hadisə mayın 13-də saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.

Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Daha əvvəl Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə baxılan iş zərərçəkmişin hüquqi varisinin vəsatəti əsasında yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilib. Zərərçəkmiş Ləman Qurbanovanın hüquqi varisi (atası) cinayətin xuliqanlıq məqsədilə törədildiyini əsas gətirərək onun ağırlaşdırılması vəsatətini verib. Məhkəmə hüquqi varisin vəsatətini qəbul edərək işin yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilməsini təmin edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More