Yad planetdə həyat “ovu”: “Europa Clipper” Avropanın buzlu dərinliklərinə göndərildi

“SpaceX” şirkəti “Europa Clipper” ABŞ avtomatik planetlərarası stansiyasının uğurlu buraxılışını həyata keçirib. Stansiya Yupiterin ən sirli peyklərindən biri olan Avropaya uzun səyahətə yollanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “SpaceNews” xəbər yayıb.

Bildirilib ki, “Falcon Heavy” super ağır raketi “Europa Clipper”lə birlikdə Floridadakı Con Kennedi adına Kosmik Mərkəzin meydançasından start götürüb. Startdan bir saat sonra “Europa Clipper” daşıyıcının ikinci pilləsindən uğurla ayrılıb və yerüstü dispetçerlərin idarəetməsinə keçib.

Yad planetdə həyat “ovu”: “Europa Clipper” Avropanın buzlu dərinliklərinə göndərildi


Yad planetdə həyat “ovu”: “Europa Clipper” Avropanın buzlu dərinliklərinə göndərildi


Qeyd edilir ki, 5.2 milyard dollar dəyərində “Europa Clipper” NASA tarixinin ən bahalı missiyalarından biridir. Kütləsi 5700 kq (yanacaq da daxil olmaqla) olan stansiya, tam açıldıqda uzunluğunu 30.5 metrə çatdıracaq günəş batareyaları ilə təchiz edilib. Missiyada əsas hədəf Avropanın buz qabığı altında gizlənən maye su okeanının həyatı dəstəkləyə bilib-bilməyəcəyini müəyyən etməkdir.

“Europa Clipper”in Yer və Marsın cazibəsindən istifadə edərək bir sıra qravitasiya manevrlərindən sonra 2030-cu ildə Yupiter sisteminə çatacağı gözlənilir. Alimlər bu missiyanın nəzəri olaraq Günəş sistemində həyat haqqında təsəvvürlərimizi kökündən dəyişə biləcəyini vurğulayıblar.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More