ABŞ-də universitetin voleybol komandasının heyətində transgenderin olması qalmaqal yaradıb.
Oxu.Az bu barədə “Fox Sports”a istinadən xəbər verib.
Belə ki, Nevada Universiteti San Xose Dövlət Universitetinin heyətində transgender voleybolçu Bleyr Fleminqin olmasını əsas gətirərək qarşılaşmaya çıxmaqdan imtina edib.
Universitet rəhbərliyi qərarla razılaşmasa da, voleybolçular matçda iştirakdan imtina ediblər.
Nəticədə Nevada Universitetinə texniki məğlubiyyət verilib.