Bakı-Quba yolunda ağır qəza: Lisey əməkdaşları xəsarət aldılar

Oktyabrın 16-da səhər saatlarında Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes-Benz” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More