Bu gün “Mingəçevir reqatası-2024″ə start verilir

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024″ə start veriləcək.

Oxu.Az xəbər verir ki, turnir Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Anar Həsənov



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More