Donald Tramp seçki kampaniyasına etdiyi sponsorluğuna görə İlon Maska nə söz verib?

Məşhur sahibkar və milyarder İlon Mask ABŞ-nin respublikaçı prezident namizədi Donald Trampa ciddi maliyyə dəstəyi göstərib.

Oxu.Az-ın ABŞ Federal Seçki Komissiyasının dərc etdiyi məlumatlara istinadən verdiyi xəbərə görə, bu ilin iyul-sentyabr aylarında Mask Trampın dəstəklənməsi üçün yaratdığı siyasi komitəyə ən azı 75 milyon dollar köçürüb.

Vəsaitlər 3 iyul – 5 sentyabr tarixləri arasında bir neçə tranşla köçürülüb və Mask bu müddət ərzində komitənin yeganə sponsoru olub.

Maskın dəstəklədiyi komitə seçkinin nəticəsinin hələ aydın olmadığı əsas ştatlarda Trampın lehinə təşviqat kampaniyasını gücləndirəcək. Donald Tramp isə öz növbəsində seçkidə qalib gələcəyi təqdirdə İlon Maskı öz administrasiyasında vəzifəyə təyin etmək ehtimalını istisna etməyib.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək seçkidə Trampın əsas rəqibi Demokrat Partiyasını təmsil edən vitse-prezident Kamala Harris olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More