“Google” ilkə imza atdı

ABŞ-nin texnologiya nəhəngi “Google” 2030-cu ilə qədər ölkədə istifadəyə verilməsi planlaşdırılan kiçik modul reaktorların istehsal etdiyi enerjini almaq üçün “Kairos Power” ilə müqavilə bağlayıb.

Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Nüvə enerjisinə keçid qərarı karbon emissiyalarının azaldılması kimi uzunmüddətli hədəflə bağlıdır.

Beləliklə, “Google” bir neçə kiçik nüvə reaktorundan enerji almaq üçün dünyada ilk müqaviləyə imza atıb.

Müqavilənin şərtlərinə əsasən, “Google” reaktorlardan 500 MVt-a qədər elektrik enerjisi ala biləcək. İlk reaktorun 2030-cu ilədək, qalanlarının isə 2035-ci ilə qədər işə salınması planlaşdırılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More