Hər iki hissəsi qazılan yol niyə asfaltlanmır?

Gəncə prospekti 40 ünvanında (Xətai rayonu, Xəzər dairəsindən üzü Ukrayna dairəsi istiqaməti) yolun hər iki hissəsində qazıntı işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, xüsusilə havanın yağışlı olduğu günlərdə avtomobillərin hərəkətinə mane olur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə binanın zirzəmisinə su axıntısı səbəbi ilə xəttin bərpası üçün qazıntı işləri aparılıb.

Hazırda təmir işləri başa çatdırılıb və asfalt qatının bərpası üçün sifariş verilib. Yaxın günlərdə asfalt örtüyü bərpa olunacaq.

Qeyd edək ki, həmin yolun sol zolağında 1 aya yaxındır qazıntı işləri aparılsa da, asfalt örtüyü çəkilməyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More