Hüseynbala Əliyev küçəsindəki obyektdə tikinti işləri dayandırılıb

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə razılaşdırılmadan artırma işləri faktı aşkar edilib”.

Bu barədə Oxu.Az-a komitədən bildirilib.

Vurğulanıb ki, tikinti işlərinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib. Lakin Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib:

“Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib”.

Hüseynbala Əliyev küçəsindəki obyektdə tikinti işləri dayandırılıb


Hüseynbala Əliyev küçəsindəki obyektdə tikinti işləri dayandırılıb




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More