Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn edilib.
APA xəbər verir ki, o, Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.
Milli Qəhrəman Mübariz İbrahimovun atasına dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb:
“Oktyabrın 16-sı saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib.
Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb”.
Aygün Mirakif
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhid atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.