Azərbaycanda minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, Vətən müharibəsindən indiyə kimi keçən dörd ildə ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi:
“Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ona görə, biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.