Dağıstanda Rusiyanın ən hündür minarəli məscidinin tikintisi planlaşdırılır.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tikiləcək məscidin minarələrinin hündürlüyü 88 metr olacaq.
Qeyd olunur ki, bu gün Mahaçqala şəhərində Rusiyanın ən hündür minarəli məscid kompleksinin təqdimatı keçirilib. Təqdimatda Dağıstan rəhbəri Sergey Melikov, Dövlət Dumasının deputatı Xizri Abakarov və Dağıstanın ruhani liderləri iştirak ediblər.