Xəstəxanaya aparılan hamilə qadın yolda ölüb

Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib.

“Report”un Aran bürosuna verilən ilkin məlumata görə, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Qızqayıt Sərraf qızı Məstalıyeva xəstəxanaya aparılarkən qıcolmadan yolda dünyasını dəyişib.

Qadının hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More