Bakıda torpaq sürüşməsi: Yaşayış binası təhlükədə

Bakının Xətai rayonunda yerləşən Gəncə prospekti, 97 ünvanında dünən günorta saatlarında torpaq sürüşməsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində yaşayış binasının arxasında yerləşən istinad divarı uçma təhlükəsi ilə üz-üzə qalıb.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinə sorğu ünvanladıq.

Agentliyin idarə heyətinin sədri Əli Əliyev Oxu.Az-a açıqlamasında bildirdi ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerinə cəlb olunublar:

“Əməkdaşlarımız hazırda ərazidə araşdırma və monitorinqlər aparılırlar. Son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Nəticələr barədə ətraflı məlumat veriləcək”, – deyə Ə. Əliyev qeyd edib .

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More