Ədliyyə Nazirliyinin daha iki idarəsinə müavinlər təyin olunublar.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Seymur Bəhram oğlu İsmayılov nazirliyin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə, Vüsal Valeh oğlu Məmmədov Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini təyin edilib.
Bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Seymur İsmayılov bundan əvvəl Dövlət reyestrləri idarəsinin rəisi vəzifəsini icra edən, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Notariat idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.
Vüsal Məmmədov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin rəisi vəzifəsini tutub.