Füzulidə beynəlxalq turnirin iştirakçılarının rəsmi paradı olub

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində iştirak edəcək komandaların rəsmi paradı olub.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı iştirak edib.

Yarış iştirakçıları turnirinin keçirildiyi əraziyə qədər yürüş ediblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More