Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb

Gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

“Report” xəbər verir ki, 30 nəfərdən ibarət səyyah qrupu regionda aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanış olacaq, həmçinin Ermənistanın işğal illərində törətdiyi dağıntıların və vandalizm aktlarının şahidi olacaqlar.

Səfərin ilk günündə turistlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə yollanacaqlar. Oktyabrın 18-də Ağdam şəhərinə səfər olacaq.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Daha çox foto burada: PhotoStock.az



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More