KXDR-in Konstitusiyası dəyişdirilib və indi Cənubi Koreyanı “düşmən dövlət” kimi müəyyən edir.
Oxu.Az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat verir.
Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sonunda qonşu dövlətin statusunu əsas düşmən kimi təsbit etməyi tələb edib.
Pxenyan, həmçinin Seulla avtomobil və dəmir yolu əlaqələrini tamamilə kəsib. “Bu, KXDR Konstitusiyasının tələblərinə uyğun olaraq qəbul edilmiş qaçılmaz və qanuni tədbirdir ki, bu da Koreya Respublikasını açıq şəkildə düşmən dövlət kimi müəyyən edir”, – deyə agentliyin məlumatında deyilir.
Şimali və Cənubi Koreya keçmişdə iki ölkə arasında əməkdaşlığın simvolu hesab edilən avtomobil və dəmir yolları ilə bağlıdır. Şimali Koreya hərbçiləri oktyabrın 15-də ölkəyə girən yolların iki hissəsini partladıblar. KXDR Müdafiə Nazirliyi əlavə edib ki, tezliklə sərhəd qalaya çevriləcək.
Seul Pxenyanın hərəkətlərini pisləyərək, yolların partladılmasının Koreya daxili sazişi pozduğunu vurğulayıb. Cənubi Koreya hərbçiləri iki ölkəni ayıran demilitarizasiya zonasının oxu olan Hərbi demarkasiya xəttinin cənubunda atəş açmaqla cavab veriblər.