Bu gün səhər saatlarından etibarən Rusiyanın paytaxtı Moskvada qatı, “radiasiya dumanı” müşahidə olunur.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda görmə məsafəsi məhdudlaşıb.
Sinoptiklərin sözlərinə görə, duman aydın səma və küləyin olmaması şəraitində atmosferin səth qatının gecə radiasiya ilə soyuması, su buxarının kondensasiyası nəticəsində əmələ gəlib.