Türkiyədə baş verən zəlzələyə görə 500-dən çox binaya zərər dəyib

Türkiyədə dünən saat 10 radələrində baş verən 5.9 bal gücündə zəlzələdə 500-dən çox binaya zərər dəyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Ətraf, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin rəhbəri Murat Kurum açıqlama verib.

Onun sözlərinə görə, təbii fəlakətlə əlaqədar 1000-dən çox şikayət olub.

“Malatyanın Kale rayonunda baş verən və ətraf vilayətlərdə də hiss edilən 5.9 maqnitudalı zəlzələdən sonra Tikinti İşləri Baş İdarəsinə bağlı zərər müəyyənetmə qruplarımızın işləri davam edir. İndiyə qədər 1211 şikayət dəyərləndirilib. Elazığda 20 ağır zərər görmüş, 517 az zərər görmüş bina var. Malatyada isə 18 az zərər görmüş bina müəyyən edilib”, – deyə o bildirib.

Xatırladaq ki, dünən Malatyada 5.9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli vilayətlərində də hiss edilib. Son məlumatlara görə, təbii fəlakət səbəbindən 200-ə yaxın insan həkimə müraciət edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More