Avarçəkənlərimiz “Mingəçevir reqatası-2024″ü 24 medalla başa vurublar

Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində daha 13 medal qazanıblar, yarışı 24 medalla başa vurublar.

Oxu.Az xəbər verir ki, Azər İlyasov-Tunar Məmmədzadə cütü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.

Onlar akademik avarçəkmədə 1500 məsafəyə yarışda fərqləniblər.

Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş mükafat əldə edib.

2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov-Emil Zeynalov cütü gümüş, Qiyas Əhmədov-Sübhan Həsənov cütü isə bürünc medala yiyələniblər.

Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev – Cahangir Məmmədli, Sabit Abdullayev – Fikrət Həsənov, Məhəmməd Niftullayev – Neymət Həsənov cütləri müvafiq olaraq ilk üç yeri tutublar.

200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov-Sübhan Həsənov cütü qızıl, İvan Vorobianski-Hüseyn Həsənov və Vacib Babayev-Şahin İsayev cütü gümüş medallar qazanıblar.

Son olaraq İbrahim Məmmədzadə-Elmir Tarverdiyev cütü (2010-2011) kayakda üçüncü olublar.

1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov-Raul Şamilov gümüş, Yusif Əliyev – Ruslan Fərəcov bürünc mükafat qazanıblar.

Qeyd edək ki, daha əvvəl idmançılarımız reqatada 11 mükafat əldə ediblər.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More