Azərbaycanda müəllimləri daşıyan maşını SEL APARDI

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, avtomobilində olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib.

Nəticədə “Chevrolet” markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

Həmin görüntüləri təqdim edirik:



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More