Bakıda Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu keçirilib

Oktyabrın 18-də Bakı şəhərində Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu keçirilib.

Oxu.Az xəbər verir ki, bu forum noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qədər keçiriləcək silsilə tədbirlərdən biridir.

Forum əsas iştirakçılar arasında dialoq və əməkdaşlığı təşviq etmək, Azərbaycan və onun hüdudlarından kənarda daha yaşıl, dayanıqlı gələcəyə nail olmaq üçün fəaliyyəti stimullaşdırmaq məqsədi daşıyır.

Üç hissədən ibarət olan forum zamanı müxtəlif panel müzakirələri keçirilib. Panel müzakirələri zamanı dayanıqlı inkişaf üçün siyasət və tənzimləyici çərçivələr, dayanıqlı maliyyə alətləri barəsində söhbətlər aparılıb, forumda iştirak edənlərin sualları cavablandırılıb.

Forum zamanı çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan üçün əsas prioritetlərdən birinin yaşıl iqtisadiyyata keçid olduğunu vurğulayıb.

Azərbaycanda iqlim gündəliyinin hazırlanmasında ciddi hazırlıq işləri görüldüyün deyən nazir bildirib ki, yaxın həftələrə iqlim strategiyamız elan olunacaq.

Forumda, həmçinin, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov, Beynəlxalq Maliyyə Korporasiyasının davamlı maliyyə mütəxəssisi Leyla Hüseynli və digər qurumlardan rəsmi nümayəndələr çıxış ediblər.

Bakıda Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu keçirilib


Bakıda Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu keçirilib


Aygün Mirakif

Video: Cavid Mehdiyev

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More