Rusiyanın Dağıstan Respublikasının Məmmədqala qəsəbəsində ev tapşırığını yerinə yetirməyən 13 yaşlı məktəbli məsuliyyətdən yayınmağın “maraqlı” üsulunu tapıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, “112” xidmətinə zəng edərək məktəbdə tezliklə atışma və partlayışın olacağı barədə yalan məlumat verib.
Nəticədə hüquq mühafizə orqanları məktəbin müəllim və şagird heyətini binadan təxliyə edib.
Artıq polis onlara yalan məlumat verən məktəblinin kimliyini müəyyən edib. Uşağın valideynlərinə xəbərdarlıq edilib, özü isə başqa məktəbə köçürülüb.