HƏMAS liderlərindən olan Yəhya Sinvarın öldürülməzdən əvvəlki son anları lentə alınıb

HƏMAS hərəkatının liderlərindən biri olan Yəhya Sinvarın öldürülməsindən əvvəlki son dəqiqələrinin videosu lentə alınıb.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) bu görüntüləri öz “Telegram” kanalında paylaşıb.

Videoda Qəzza zolağında baş verən raket hücumu nəticəsində dağılmış binada yaralı vəziyyətdə olan Yəhya Sinvar əks olunub. O, əlindəki çubuqlarla pilotsuz təyyarəni vurmağa çalışsa da, buna nail ola bilməyib. Daha sonra isə ona snayperdən atəş açılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More