“Armavir-Gümrü yolu tikilib, gəlib-gedən insanların sayı artıb və siz onlara nə lazım olduğunu düşünməlisiniz ki, bunu təklif edərək özünüz də gəlir əldə edə biləsiniz”.
Oxu.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Şirak vilayətində kəndlilərlə söhbət zamanı bildirib.
“Kiçik işlərdən başlayın. Pul tələb etməyən şeylər var. Məsələn, Dilican yollarında onillərdir insanlar bişmiş qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə qoyuluşu lazım deyil, bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır”, – deyə Paşinyan bildirib.
Kəndlilərdən biri qeyd edib ki, onlarda suvarma suyu olmadığı üçün qarğıdalı yetişdirə bilmirlər. “Siz düşünürsünüz ki, Dilicanda qarğıdalı yetişdirirlər? Biz suvarma suyu məsələsini həll edəcəyik, amma bu bir-iki il çəkə bilər. Nə edək? İki il oturub gözləyək?”, – deyə Paşinyan cavab verib.