Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu qaynar su çuxuruna düşüb.
Oxu.Az-ın “Fontanka” nəşrinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsində sərnişinlər olub.
İlkin məlumata görə avtobus boru partlaması və bunun nəticəsində torpağın yuyulması səbəbindən çuxura düşüb.
Xoşbəxtlikdən, xəsarət alanın olmadığı vurğulanıb.
Comments are closed.