ABŞ-də strateji nüvə qüvvələrinin illik təlimləri başlayıb

ABŞ-nin Strateji Komandanlığı (STRATCOM) “Global Thunder 25” adlı illik nüvə hazırlığı təliminə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə STRATCOM-un məlumatında deyilir.

“Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir”, – komandanlıq qeyd edib.

Manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan hərbçilər iştirak edir.

Təlimlərin heç bir ölkəyə qarşı yönəlmədiyi qeyd olunub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More