Abşeronda avtomobilin vurduğu Özbəkistan vətəndaşı 11 gün sonra ölüb.
“Report” xəbər verir ki, oktyabrın 7-də Zümrüd Paşayeva idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Xırdalan şəhərində hərəkətdə olarkən Özbəkistan vətəndaşı Viktoriya Qroxotovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.