Makron nazirlərə məlumat sızmasından sonra etibar etmir

Fransa prezidenti Emmanuel Makron qapalı iclasda iştirak edənlərdən kiminsə dövlət başçısının dediklərini jurnalistlərə danışmasından sonra nazirlərə etibar etməyi dayandırıb.

Oxu.Az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Makron jurnalistlər onun sözlərini icazəsiz sitat gətirməyə davam edərsə, mətbuat konfransları keçirməyi dayandıracağı ilə hədələyir.

Makronu qəzəbləndirən və az qala beynəlxalq qalmaqala səbəb olan hadisə bu həftə Fransa Nazirlər Kabinetinin qapalı iclasından sonra baş verib. İclasda prezident bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin BMT qərarı ilə yaradıldığını unutmamalıdır.

Məlumatın sızması nəticəsində Makronun sözləri Fransa mediasında yayılıb və Netanyahunun qəzəbinə səbəb olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More