Pxenyan Seula xəbərdarlıq edib

KXDR Pxenyanın rayonlarından birində Cənubi Koreyanın kəşfiyyat pilotsuz uçuş aparatının qalıqlarının tapılması fonunda Seula xəbərdarlıq etdi ki, onun hərbi vasitələrinin Şimali Koreya ərazisinə təkrar müdaxiləsi müharibə elanı kimi qiymətləndiriləcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat verib.

“Koreya Respublikasının hərbi vasitələrinin KXDR-in ərazisinə, hava məkanına və ərazi sularına müdaxilə aktının təkrar aşkarlanması və təsdiqlənməsi KXDR-in suverenliyinə qarşı ciddi hərbi təxribat kimi qiymətləndiriləcək”, – deyə nəşrdə vurğulanıb.

Qeyd olunub ki, Şimali Koreya bunu Seul tərəfindən müharibə elanı hesab edəcək və dərhal cavab zərbələri vurmağa hazırdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More