İtaliya A Seriyasının 8-ci turu Turinin “Yuventus” və Romanın “Latsio” klubunun qarşılaşması ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, oyun Turinin “Allianz” stadionunda baş tutub.
Meydan sahiblərinin qələbəsi ilə başa çatan matçın taleyini cəmi bir qol həll edib – 1:0.
Oyunda qonaqların bəxti əməlli başlı gətirməyib. Belə ki, 24-cü dəqiqədə “Latsio” azlıqda qalıb. 85-ci dəqiqədə isə klubun futbolçusu avtoqol vurub.
Keçirilən səkkiz matçdan sonra “Yuventus” 16 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdədir. “Latsio” da eyni sayda oyundan sonra 13 xalla 5-ci yerdədir. Növbəti mərhələdə “Yuventus” “İnter”lə (27 oktyabr), “Latsio” isə “Cenoa” ilə (27 oktyabr) qarşılaşacaq.