Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.
Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.