Gürcüstanlı səyyahların ikinci nümayəndə heyəti Ağdama səfər edib

Gürcüstandan gələn səyyahların ikinci nümayəndə heyəti Ağdama səfər edib.

“Report” xəbər verir ki, qonaqlar Ermənistan qoşunları tərəfindən dağıdılmış şəhərlə, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olublar.

Səfər zamanı qonaqlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər Xiyabanını ziyarət edib, şəhərin işğaldan və dağıdılmasından əvvəlki tarixi fotoşəkilləri ilə maraqlanıblar.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyyah gəlib. Səfərin əsas məqsədi regionda görülən tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Daha çox foto burada: PhotoStock.az



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More