Makronun reytinqi rekord həddə aşağı düşüb

Fransızlar arasında ölkə prezidenti Emmanuel Makronun fəaliyyətindən narazılıq səviyyəsi rekord həddə çatıb.

Oxu.Az xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (İfop) “Le Journal du Dimanche” qəzetində dərc etdiyi sorğunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 78%-i E.Makronun prezident kimi fəaliyyətini bəyənmir, 22%-i isə dövlət başçısının işindən razıdır.

Nəşrin qeyd etdiyi kimi, E.Makron heç vaxt fransızlar arasında belə qeyri-populyar olmayıb.

“Ifop” rəhbəri Frederik Dabinin sözlərinə görə, E.Makronun reytinqinin aşağı düşmə sürəti təəccüblüdür. O qeyd edib ki, prezidentin populyarlığı may ayından bəri 9 faiz azalıb.

Fransanın baş naziri Mişel Barnyeyə gəlincə, onun da reytinqi aşağı düşür. Tədqiqat iştirakçılarının 60%-i hökumət başçısının fəaliyyətini bəyənmir, sorğuda iştirak edənlərin 40%-i isə onun işindən razıdır.

Sorğu 2024-cü il oktyabrın 9-dan oktyabrın 17-dək aparılıb. Burada yaşı 18-dən yuxarı olan 2 mindən çox respondent iştirak edib.

Nəşrin qeyd etdiyi kimi, indiyədək ən aşağı reytinq ölkəyə 2012-2017-ci illərdə rəhbərlik etmiş Fransua Ollandda olub. 2014-cü ilin payızında “Ifop” sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 13%-i onun dövlət başçısı kimi fəaliyyətini bəyənib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More