Moldovada prezident seçkisi və referendum keçirilir

Bazar günü Moldovada prezident seçkisi və respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə konstitusiya referendumu keçirilir.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Moldova ərazisində 1 957 seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə Moldova vətəndaşları üçün 37 ölkədə 231 seçki məntəqəsi açılıb.

Sentyabrın 1-nə olan məlumata görə, seçicilərin dövlət reyestrində 3 milyon 300 min 805 nəfər var.

Seçkini ATƏT-in Missiyası və bir sıra digər beynəlxalq təşkilatlar izləyir. Yerli MSK seçkiləri izləmək üçün 1 500-ə yaxın moldovalı və beynəlxalq müşahidəçini akkreditasiya edib.

Bu il prezident postu uğrunda 11 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələri hazırkı Prezident Maya Sandunu seçki yarışının favoriti kimi göstərir. Onun əsas rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More