Qazaxıstan hakimiyyəti yanacağın qiymətinə qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.
Bu qərar yanacağın digər ölkələrə axınının azaldılması zərurətindən irəli gəlir. Qazaxıstan Respublikasının Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyinin sədri Marat Ömərov bildirib ki, ucuz yanacaq qonşu ölkələrdən avtomobilçilər tərəfindən aktiv şəkildə alınır və Qazaxıstandan yanacaq “axını” yaranır. Eyni zamanda, dövlət yalnız yerli əhali üçün benzin və dizelin maksimal qiymətlərini müəyyən edib.
“Benzin turizmi” ilə mübarizə aparmaq üçün ölkə hakimiyyəti yanacağın qiymətinə qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Ölkənin yanacaq bazarının təxminən 80%-i dövlət tərəfindən idarə olunduğu üçün bunu etmək çətin olmayacaq.